Siqaretə görə polis 383.300 manat cərimə yazıb

22.11.2022,17:25


22 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyi tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı görülən işlərlə bağlı hesabat yayıb.

ABC.AZ xəbər verir ki, bu il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835 şəxs, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.