Rusiyanın “Mir” ödəniş sistemi iflasa uğrayıb

10:46 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Rusiyanın “Mir” ödəniş sisteminə xidmətdən imtina ediməsi xidmətin işini sonlaşdırmağa doğru aparır.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, doqquz ölkədən altısının sözügedən sistemdən imtina etməsi Rusiyanın iqtisadi sanksiyalar qarşısında “Visa” və “Mastercard”a öz alternativini yaratmaq istəyini iflasa uğradıb.

Qeyd olunub ki, Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərdiyi doqquz ölkədən altısında banklar ABŞ-ın sanksiyaları təhlükəsi fonunda onu dəstəkləməkdən imtina ediblər.

Nəşr bildirib ki, hazırkı vəziyyəti “çökmə” və Rusiyanın maliyyə izolyasiyası şəraitində “Visa” və “Mastercard”a öz alternativini yaratmaq cəhdinin uğursuzluğu adlandırmaq olar.

Bütün xəbərlər