Azərbaycanda soyuducuların qiyməti bu qədər bahalaşıb - Hesabat

12:19 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Azərbaycanda soyuducunun qiymətində statistik göstəricilər üzrə artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Hesabata əsasən, cari ilin sentyabrında soyuducun qiyməti 858,95 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 866,5-yə yüksəlib. Yəni qiymət 7,62 manat və ya 0.88% artıb.

Son bir ildə isə soyuducuların qiyməti 40%-dən çox bahalaşıb.

Belə ki, ötən ilin eyni dövründə 607 manat olan soyuducu bu il 866 manata satılır, qiymət artımı 259 manat və ya 42,8% təşkil edib.

 

Bütün xəbərlər