Ötən il qadın sahibkarlara bu qədər kredit verilib

23.11.2022,14:56


23 noyabr, Fineko/abc.az. 2021-ci ildə kənd təsərrüfatının inkişafı məqsədilə 375 qadın sahibkara 4 milyon 262 min manat məbləğində kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, güzəştlər 3,204 milyon manat təşkil edib.

"2021-2022 təsərrüfat ili ərzində dövlət büdcəsi vəsaitləri hesabına Azərbaycanda 56,4 min manat subsidiyalar ödənilib", - İ.Qədimova deyib.