24.11.2022,11:21
24 noyabr, Fineko/abc.az. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini Ceyhun Şadlinski “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda çıxışı zamanı deyib.
O, bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir”, - deyə DTX rəsmisi bidlirib.
C.Şadlinski İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışıb və bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.
24.01.2023,10:49
Bu aydan Əmək Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Yeni dəyişikliklər işğaldan azad oluna ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur.
11.01.2023,12:25
02 Fevral 2023 | 17:30
02 Fevral 2023 | 17:20
02 Fevral 2023 | 17:09
02 Fevral 2023 | 17:05
02 Fevral 2023 | 16:53
02 Fevral 2023 | 16:46
02 Fevral 2023 | 16:42
02 Fevral 2023 | 16:22
02 Fevral 2023 | 16:14
02 Fevral 2023 | 16:04
02 Fevral 2023 | 15:52
02 Fevral 2023 | 15:37
02 Fevral 2023 | 15:34
02 Fevral 2023 | 15:17
02 Fevral 2023 | 14:00
01 Fevral 2023 | 15:03
01 Fevral 2023 | 16:05
01 Fevral 2023 | 15:21
01 Fevral 2023 | 15:47
01 Fevral 2023 | 15:34
01 Fevral 2023 | 15:52
01 Fevral 2023 | 16:30
01 Fevral 2023 | 16:20
01 Fevral 2023 | 16:50