Yaxın 2 il ərzində azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq - Fuad Nağıyev

24.11.2022,15:14


24 noyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilmiş konfransda  jurnalistlərə açıqlamasında azad olunmuş ərazilərdə tikiləcək turizm obyektlərindən danışıb.

ABC.AZ-ın məlumatına görə, Agentlik rəhbəri qeyd edib ki, həmin ərazilərdə turizm üçün ilkin mərhələ var, bunlardan biri minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtmasıdır.

"Dövlət Turizm Agentliyi olaraq biz düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada turistləri qəbul edə biləcəyik. İlkin proqnozlarımız belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turislər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır”, - deyə o qeyd edib.