Bu xidmətlərin ümumi dəyərinin 70 faizdən çox hissəsini KOB-lar yaradıb – Orxan Məmmədov

16:16 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. “Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin 70%-dən çox hissəsini KOB-lar yaradıb və bu kateqoriyadan olan bizneslər bu il sektorda əsas kapitala 190 milyon manata qədər investisiya yatırıb”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov layihəsinə dair konfransda bildirib.

“Ərzaq təhlükəsizliyində əhəmiyyəti nəzərə alınaraq, KOBİA aqrar sektorda fəaliyyət göstərən biznes subyektlərinin inkişafına xüsusi diqqət yetirir. Apardığımız təhlillərin və keçirilmiş sahəvi görüşlərin nəticəsinə əsasında söyləyə bilərik ki, aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir. KOBİA mandatı çərçivəsində müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sferasında fəaliyyət göstərən bizneslərə bir sıra dəstək mexanizmləri təqdim edir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi, təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar”, - deyə o, qeyd edib.

Bütün xəbərlər