Azərbaycanda noutbukaların qiyməti bahalaşdı

17:09 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Azərbaycanda fərdi kompüterlərin, noutbukların və planşetlərin qiymətində son bir il ərzində ciddi artım qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin sentyabrda fərdi kompüterlərin qiyməti 1061,03 manat təşkil edirdisə, oktyabrda bu rəqəm 1080,95 manata yüksəlib. Bu da 19,92  manat və ya 1,9% artım deməkdir.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,5% yəni, 311,69 manat artım t olub. Xatırladaq ki, ötən ilin oktyabrında fərdi kompüterlərin qiyməti 769,26 manat idi.

Noutbukların qiyməti sentyabr ayı ilə müqayisədə 1237,31 manatdan 1259,01 manata doğru dəyişib. Nəticədə qiymətlər 21,7 manat yəni 1,7% artım olub.Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qiymətlər 875,94 manatdan 1259,01 manata yüksəlib. Bununla da 383,07 manat, yəni 43,7% artım baş verib.

Planşet kompüterlərdə cari iin sentyabr-oktyabr aylarında ciddi artım baş verməyib. Oktyabr ayında göstəricələr 400,08 manatdan 401,72 manata yüksəlib. Bununla da artım üzrə göstərici 0,92 manat və ya 0,2% təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə planşetlərin qiyməti 59,72 manat yəni, 17,5% artaraq 342,00 manatdan 401,72 manatadək bahalaşıb

Bütün xəbərlər