24.11.2022,17:28
24 noyabr, Fineko/abc.az. “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, mərasimdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanıb.
O, vurğulayıb ki, “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər.
Sessiyada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bu platformanın çap mediası subyektlərinin iqtisadi dayanıqlılığının artırılması, ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması istiqamətində innovativ addım olduğunu qeyd edib.
Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
Son illər dünyada reklamların daha çox sosial mediada yerləşdirilməsi müşahidə edilir. Monitorinqlər göstərir ki, vətəndaşların əhəmiyyətli hissəsi informasiyanı sosial şəbəkələr vasitəsilə almağa üstünlük verir. Nəticə etibarı ilə auditoriya genişləndiyi üçün şirkətlər də öz reklamlarını sosial şəbəkələrdə yerləşdirməkdə maraqlıdırlar.
07.02.2023,17:06
09 Fevral 2023 | 15:50
09 Fevral 2023 | 15:43
09 Fevral 2023 | 15:34
09 Fevral 2023 | 15:19
09 Fevral 2023 | 15:08
09 Fevral 2023 | 14:57
09 Fevral 2023 | 14:45
09 Fevral 2023 | 14:34
09 Fevral 2023 | 14:29
09 Fevral 2023 | 14:17
09 Fevral 2023 | 14:02
09 Fevral 2023 | 12:44
09 Fevral 2023 | 12:32
09 Fevral 2023 | 12:22
09 Fevral 2023 | 12:06
08 Fevral 2023 | 13:56
08 Fevral 2023 | 14:37
08 Fevral 2023 | 16:28
08 Fevral 2023 | 14:16
08 Fevral 2023 | 12:19
08 Fevral 2023 | 14:39
08 Fevral 2023 | 14:49
08 Fevral 2023 | 16:05
08 Fevral 2023 | 14:58
08 Fevral 2023 | 15:20