Hacıqabulda yeni müəssisə yaradılır – 3 milyon manat investisiya qoyulub

11:47 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. "AR Metiz" MMC şirkətinə Hacıqabul Sənaye Məhəlləsin rezidenti statusu verilib.

ABC.AZ xəbər verir ki, "AR Metiz" şirkəti məhəllə ərazisində 3 milyon manat investisiya yatıraraq müxtəlif növ və ölçüdə metal şuruplar istehsal edəcək müəssisə inşa edəcək.

2016-cı ildə dövlət qeydiyyatına alınmış "AR Metiz" MMC-nin qanuni təmsilçisi İsgəndərov Rauf Şamil oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 260 A-dır.

 

Bütün xəbərlər