İran Zəngəzur dəhlizini bağlamayacaq - İlham Əliyev

12:13 - 25.11.2022


25 noyabr, Fineko/abc.az. “Rusiya rəsmiləri ilə sonuncu söhbətim zamanı Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir".

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, qeyd edib ki, İrana gəlincə, mən hesab edirəm ki, o, regional kommunikasiya layihələrində maraqlı olduğunu nəzərə alaraq bunu da etməyəcək.

"Çünki bu layihələr heç kimə qarşı deyil, əksinə, yalnız bütün maraqlı tərəflərin xeyrinədir”, - deyə Prezident vurğulayıb.

Bütün xəbərlər