Rusiyada lüks avtomobillərin istehsalına başlanıldı

10:36 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. "Elabuqa" zavodunda Rusiyanın dəbdəbəli yolsuzluq avtomobili Aurus Komendant-ın seriya istehsalına başlanılıb.

ABC.AZ xəbər veri ki, bu barədə avtomobil istehsalçısı bildirib.

"Tatarıstan Respublikasının "Alabuqa" xüsusi iqtisadi zonasındakı Aurus zavodunda Aurus Komendant-ın seriyalı istehsalı prosesinə başlanılıb. Bu, ölkəmizdə istehsal olunacaq ilk rus lüks yolsuzluq avtomobilidir. Əksər ehtiyat hissələri Rusiya istehsalçıları tərəfindən təmin edilir”, - məlumatda deyilir.

Sentyabrda Aurus Komendant-ın təqdimatı zamanı bildirilmişdi ki, avtomobilin kommersiya satışı 2023-cü ilin birinci rübündə başlayacaq və başlanğıc qiyməti 33,7 milyon rubl (cari məzənnə ilə 944 min manat) təşkil edəcək. Öncədən sifariş artıq mövcuddur.

Aurus, hazırda sırasına limuzin, sedan və yolsuzluq avtomobili daxil olan ilk rus "lüks" avtomobil markasıdır.

Bütün xəbərlər