Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi bu qədər artıb - Hesabat

11:05 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr ayları üzrə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti icmalında qeyd edilib.

Sözügedən icmalda qeyd edilib ki, dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 16,3 faiz artaraq 22,3 milyard ABŞ dolları ekvivalentində olub.

“Nağdsız valyuta əməliyyatlarının 84,5 faizi ABŞ dollarında, 15,5 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,6 faizi banklararası valyuta bazarında (BVB), 70,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər