Cəbrayılda mobilizasiya şəhərciyinin salınması yekunlaşıb – Mikayıl Cabbarov

28.11.2022,11:43


28 noyabr, Fineko/abc.az. Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cababrov özünün Twitter hesabında yazıb.

“Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında şəhərciyin salınması yekunlaşıb. Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq” deyə M.Cabbarov bildirib.