“Moskviç-3” avtomobilləri bu qiymətə satılacaq

14:31 - 28.11.2022


28 noyabr, Fineko/abc.az. Bir neçə gün öncə Moskvada kütləvi istehsalına başlanılan “Moskviç-3” avtomobilinin qiyməti açıqlanıb.

ABC.AZ xəbər verir ki, “TASS”ın məlumatına görə, “Moskviç-3”lərin qiyməti 1,6 milyondan 2 milyon rubla qədər ola bilər.

“Yeni “Moskviç-3”-ün qiyməti 27-33 min dollar (1,6-2 milyon rubl və ya təxminən 45 000 – 55 000 manat civarında - red.) ola bilər”, - məlumatda deyilir.

Qeyd edək ki, şəhər krosseveri olan “Moskviç-3”ün satışı yanvarda Moskvada, martda isə bütün Rusiyada başlayacaq.

 

Bütün xəbərlər