İqtisadiyyat Nazirliyi: Azərbaycanın iqtisadiyyatına $233,5 milyard həcmində sərmayə qoyulub

16:52 - 24.10.2017


Bakıda, İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda Beynəlxalq İnvestisiya Konfransı öz işinə başlayıb.

Nazirliyin məlumatında deyildiyi kimi, konfransda 11 xarici ölkənin dövlət qurumları, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin müxtəlif təşkilatlar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev konfrans zamanı deyib: “Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 mlrd. ABŞ dollarını xarici investisiyalar təşkil edir”.

 

Bütün xəbərlər