Azərbaycanda ilk "Mövenpick Winter Park Baku" oteli açılacaq - Foto

11:17 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Dünyanın aparıcı otellər qrupu olan "Accor", "Capital Invest MMC" ilə əməkdaşlıq müqaviləsi imzalamaqla Azərbaycanda premium otel açacaq.

ABC.AZ xəbər verir ki, müqavilə Bakının mərkəzində yerləşən məşhur "Winter Park Hotel Baku"nun yenilənməsi və rebrendinqini nəzərdə tutur.

Yeni "premium-klass" mehmanxanada standartdan suitlərə qədər müxtəlif kateqoriyalı 212 otaqda yerləşmə təklif olunacaq. Qonaqlara spa, fitness mərkəzi və iki restoran təqdim olunacaq. Həmçinin, otelin infrastrukturuna konfrans otaqları və tədbirlər üçün yerlər daxildir.

"Mövenpick Winter Park Baku"nun 2023-cü ilin yazında istifadəyə verilməsi planlaşdırılır.


Bütün xəbərlər