Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri açıqlanıb

14:39 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Dövlət Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri cari ilin proqnozlaşdırılan gəlirlərindən təqribən 1,8 dəfə az nəzərdə tutulub.

Bu barədə ABC.AZ Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Fərman layihəsinə əsasən Fondun büdcə gəlirləri 8 milyard 990,9 milyon manat həcmində proqnozlaşdırılıb. Bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 milyard 994,8 milyon manat və ya 43,8 faiz, 2022-ci ilin proqnozundan 6 milyard 798,2 milyon manat və ya 43,1 faiz, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 milyard 137,7 milyon manat və ya 40,6 faiz azdır.

2023-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kubmetr üçün 788 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi isə 1,7 səviyyəsində götürülüb.

Bütün xəbərlər