Evlərin alqı-satqısına dair prosedur dəyişir

15:08 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi proseduru dəyişir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.

Bütün xəbərlər