Son 10 ayda Banklar 770 mln. manat xalis mənfəət əldə edib

29.11.2022,16:39


29 noyabr, Fineko/abc.az. 2022-ci ilin 10 ayında Azərbaycan bankları 770 mln. manat xalis mənfəət əldə ediblər.

ABC.AZ Mərkəzi Bankına  istinadən xəbər verir ki, təkcə oktyabr ayı ərzində bankların xalis mənfəəti 87 milyon manat təşkil edib.

Banklar 2022-ci ilin ilk 10 ayı ərzində 1 milyard 116,7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.