Sahibkarlar qalırlar icra orqanları ilə məhkəmə arasında – Deputat

17:01 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Sahibkarların problemləri həll olunmur, qalırlar icra orqanları ilə məhkəmə orqanları arasında. Top kimi oradan-ora vururlar. Pandemiyanın şərtləri nəticəsində ağır vəziyyətə düşüblər.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

Millət vəkili qeyd edib ki, sahibkarlardan heç biri öz problemlərini həll edə bilmir:

“Biz Milli Məclisdə sahibkarlığın inkişafında dəstək, kiçik və orta biznesə dəstək haqqında qanunları qəbul edirik. Bunların heç biri həyatda icra olunmur. Bunu bilmək lazımdır. Yəni, burada kiməsə yaxın sahibkarın çevrəsi varsa, onun problemi həll olunur. Adamların heç birinin məsələsi həll olunmur. Kiçik sahibkarların, ümumiyyətlə, sahibkarların çoxsaylı müraciətləri var. Ombudsmana yüzlərlə müraciət olur. Ombudsman da onu sənədləşdirir, göndərir. Lakin problem öz həllini tapmır. O baxımdan biz Ombudsmana səlahiyyət veririksə, daha ciddi, konkret addımlar atılması istiqamətində normativ hüquqlar verməliyik ki, o nəyisə tələb edə bilsin”.

Bütün xəbərlər