30.11.2022,11:33
30 noyabr, Fineko/abc.az. Cari ildən maliyyələşdirilməsi nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üzrə xərclər növbəti ildən təqribən 2,1 dəfə artırılıb.
Bu da Dövlət Proqramı çərçivəsində növbəti il daha çox gəncin dövlət proqramının imkanlarından istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədardır.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə verdiyi rəyində əksini tapıb.
Qeyd edilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” xərc maddəsi üzrə 2023-cü ildə 36,7 mln. manat proqnoz müəyyən edilib ki, bu da 2022-ci il proqnozundan 18,8 mln. manat və ya 105,0%, gözlənilən icra göstəricisindən isə 19,1 mln. manat və ya 108,5% çoxdur.
Elm və Təhsil Nazirliyi "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində 2023-2024-cü tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısını müəyyən edib.
26.01.2023,15:06
03 Fevral 2023 | 17:34
03 Fevral 2023 | 17:29
03 Fevral 2023 | 17:14
03 Fevral 2023 | 17:07
03 Fevral 2023 | 16:56
03 Fevral 2023 | 16:42
03 Fevral 2023 | 15:48
03 Fevral 2023 | 15:44
03 Fevral 2023 | 15:43
03 Fevral 2023 | 15:20
03 Fevral 2023 | 15:13
03 Fevral 2023 | 15:03
03 Fevral 2023 | 14:48
03 Fevral 2023 | 14:44
03 Fevral 2023 | 14:34