Tənəzzül Fed-i faizləri azaltmağa məcbur edə bilər - Proqnoz

14:18 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. “Bank of America” (BofA), ABŞ Mərkəzi Bankının (FED) azalan iqtisadiyyatı canlandırmaq üçün gələn il sərt pul siyasətini yavaşlatacağını və gec-tez faiz dərəcələrini aşağı salmağa başlayacağını və bunun da 10 illik xəzinə istiqrazlarının kupon faizlərini (gəlirliyini) azaldacağını gözləyir.

ABC.AZ xəbər verir ki, bu barədə “BofA”nın hesabatında qeyd edilib.

“ABŞ iqtisadiyyatının gələn ilin ortalarında tənəzzülə girəcək. Bu isə FED-i ilin sonuna doğru faiz dərəcələrini azaltmağa məcbur edəcək” deyə “BofA” rəsmisi bildirib.

Rəsmilər bildirib ki, ABŞ-ın 10 illik xəzinə kağızı gəlirliyinin 2023-cü ilin ilk rübündə 4%-dən azalmağa başlayacağını proqnozlaşdırırlar. Bununla yanaşı, 2023-cü ilin sonuna qədər gəlirliliyin 3,25% civarında olacağını gözlədiklərini bildiriblər.

Bütün xəbərlər