Son dəyişiklik mopedlərə aid deyil – Ekspert

15:02 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Yol Hərəkəti haqqında” Qanuna edilmiş son dəyişikliyin mopedlərə deyil, motosikletlərə aid olduğunu bildirib.

ABC.AZ xəbər verir ki, ekspert noyabrın 29-da Milli Məclisdə müzakirə olunaraq 1-ci oxunuşda qəbul olunan layihədə motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirildiyini deyib:

“Bu qanunu yaxşı bilənlərə məlumdur ki, 1-ci maddənin 27-ci bəndində mopedə anlayış verilib. Bu normativ anlayışa əsasən, moped iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yəni heç bir halda mopedin daxili yanma mühərrikinin iş həcmi 50 kub santimetrdən, maksimum konstruksiya sürəti isə 50 km/saat-dan yuxarı ola bilməz. Əgər bu kəmiyyətlərdən biri aşılarsa, belə texnika artıq moped yox, motosikletdir”.

Bütün xəbərlər