Son 10 ayda Azərbaycanın ən çox ixrac həyata keçirən qeyri-dövlət şirkətləri – Siyahı

15:18 - 30.11.2022


30 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr buraxılışını dərc edib.

ABC.AZ xəbər verir ki, sözügedən sayda Mərkəz 2022-ci ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.

Reytinqin ilk onluğunda ilk yerdə “MKT İstehsalat Kommersiya” MMC qərarlaşıb.

Siyahıda növbəti yerlərdə “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” MMC, “Almeyvə” MMC, Şirinov Elvin Valeh oğlu, “Rose Servis” MMC, “Mors Trading” MMC, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qərarlaşıb.

Müəllif: Elmir Murad


Bütün xəbərlər