330x110
 

Azərbaycan vətəndaşının avtomobilində pirotexniki vasitələr aşkar edildi

09.06.2018,12:25


9 iyun, Fineko/abc.az. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa qapısında gizlədilmiş, üzərində "Petards" yazısı olan 250 qutu pirotexniki vasitə aşkar edilib.