Mərkəzi Bank sığorta sahəsi üzrə atestasiyaların nəticələrini açıqladı

12:20 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. 29 və 30 noyabr 2022-ci il tarixlərində sığorta sahəsi üzrə Mərkəzi Bankında attestasiyalar keçirilİb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 4 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Bütün xəbərlər