Baş nazir Novruz Məmmədovun sədrliyi ilə geniş iclas keçirilmişdir.

19:09 - 9.06.2018


9 iyun, Fineko/abc.az. İyunun 8-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair geniş iclas keçirilmişdir. 

İclasın gündəliyinə Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni Qanununun  layihəsi barədə və  İdxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilmişdi.

Müzakirəyə çıxarılan məsələlər üzrə aidiyyatı qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər üç mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sonda gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edildi.  

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verdi.

Bütün xəbərlər