Azərbaycanda aztəminatlı ailələr gəlirlərinin daha çox hissəsini ərzağa xərcləyirlər – BVF

15:36 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. Hələ müharibədən əvvəl regionda inflyasiya yüksəlirdi. Bununla belə, müharibənin qlobal ərzaq və enerji qiymətlərinə təsiri inflyasiya proqnozunu pisləşdirdi.

ABC.AZ xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun Rusiya və ona yaxın regionla bağlı hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, ərzaq qiymətləri indi müharibədən əvvəlki səviyyədən aşağı olsa da, hələ də 2021-ci ilin orta qiymətindən xeyli yüksəkdir. Ərzaq qiymətlərinin yüksək olması xüsusilə aztəminatlı ailələri narahat edir ki, onların əmanətləri azdır və gəlirlərinin daha çox hissəsini ərzağa xərcləyirlər - Azərbaycan, Qırğızıstan Respublikası və Tacikistanda 60-70 faiz.

Bütün xəbərlər