Sabirabadda çini qab istehsal ediləcək – 28 yeni iş yeri açılacaq

17:20 - 1.12.2022


1 dekabr, Fineko/abc.az. “Rengli Porselen” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib.

Agentlikdən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, yeni rezident “Rengli Porselen” MMC Sabirabad Sənaye Məhəlləsinin ərazisində çini qabların istehsalını həyata keçirəcək.

İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Bütün xəbərlər