Son 10 ayda Azərbaycana bu ölkələrdən gələnlər artıb – Siyahı

10:35 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-oktyabr aylarında Azərbaycanın turzim potensialı barədə statistikanı açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycana 1 milyon 323,2 min nəfər gəlib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 105,4 dəfə, Omandan - 70,8 dəfə, Səudiyyə Ərəbistanından - 35,6 dəfə, Pakistandan - 22,3 dəfə, Hindistandan - 15,4 dəfə, Özbəkistandan - 6,5 dəfə, Qazaxıstandan - 5,3 dəfə, İsraildən - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,2 dəfə, ABŞ-dan - 3,2 dəfə, Almaniyadan - 2,7 dəfə, Fransadan - 2,4 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, Ukraynadan - 1,7 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 44,1 faiz, Gürcüstandan - 28,3 faiz artıb.

2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,7 dəfə artaraq 307,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,3 dəfə artaraq 62,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 462,9 min nəfər olub.

 

Bütün xəbərlər