İphone 14 istehsalı 16 milyon ədəd azala bilər - Gələn ilin proqnozu

02.12.2022,12:18


2 dekabr, Fineko/abc.az. 2023-ci ildə Apple-ın iPhone 14 smartfonlarının istehsalı bu telefonların istehsal olunduğu Çinin Çjençjou şəhərində koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş karantin tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq ilkin proqnoz ilə müqayisədə 16 milyon ədəd azala bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Qeyd edilib ki, 2022-ci ilin ikinci yarısında 76 milyon ədəd iPhone 14 smartfonu istehsal olunacaq. Halbuki daha əvvəl 92 milyon daha yüksək rəqəm bildirilmişdi. Beləliklə, analitiklər iPhone istehsalının 2022-ci illə müqayisədə 20% azalacağını proqnozlaşdırırlar.

Bank hesab edir ki, istehsalın azalması dünyanın ən böyük iPhone yığım zavodunun yerləşdiyi Çjençjou şəhərindəki Foxconn şirkətində problemlər səbəbindən baş verəcək. Noyabrın 24-də şəhər hakimiyyəti yeni koronavirusa yoluxma hallarının sayının artması fonunda karantin rejimi tətbiq olunduğunu elan edib. Noyabrın 30-da məhdudiyyətlər aradan qaldırılıb.