Ağalarovların Azərbaycandakı şirkətlərinin adından “Crocus” brendi götürülür

12:24 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Rusiyada yaşayan azərbaycanlı milyoner Araz Ağalarovun ailəsinin Azərbaycandakı şirkətlərinin adından “Crocus” brendi götürülür.

ABC.AZ xəbər verir ki, son bir ayda adları dəyişdirilənlər “Crocus Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Crocus Event Baku” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qeyd edək ki, hər iki şirkət Rusiyada mənzillənən “Crocus”un törəmələridir.

Belə ki, “Crocus Construction” MMC adını dəyişərək, “One Construction” MMC-yə, “Crocus Event Baku” MMC isə “Agalarov Event” MMC-yə çevriliblər.

Xatırladaq ki, Araz Ağalarov 2018-ci ildə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 96 rusiyalı biznesmen ilə birgə daxil edilmişdi, lakin cari ildə o hansısa sanksiya ilə üzləşməyib.

Bütün xəbərlər