Qırğızıstan bankları bu səbəbdən “Mir” kartlarına xidmət göstərməyi dayandırıb

14:42 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Qırğızıstan bankları sanksiya qorxusu səbəbindən “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

ABC.AZ xəbər verir ki, bunu Qırğızıstan Milli Bankının sədr müavini Kayip Kulenbekov deyib.

Onun sözlərinə görə, Milli Bank bu məsələ ilə bağlı heç bir göstəriş verməyib.

“Banklar risk altındadır ki, xarici banklardakı müxbir hesabları bağlana bilər, bununla əlaqədar onların fəaliyyətləri məhdudlaşdırıla bilər.  Digər tərəfdən, Rusiyadakı miqrantlarımızı da düşünməliyik. Banklar risklərin bir hissəsindən çıxış edir, hər kəs özü qərar verir” -, deyə K. Kulenbekov deyib.

Bütün xəbərlər