02.12.2022,15:32
2 dekabr, Fineko/abc.az. Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
ABC.AZ xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun 5 fəsil, 15 maddədən ibarətdir.
Qanunun hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub.
Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir.
Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.
03 Fevral 2023 | 17:34
03 Fevral 2023 | 17:29
03 Fevral 2023 | 17:14
03 Fevral 2023 | 17:07
03 Fevral 2023 | 16:56
03 Fevral 2023 | 16:42
03 Fevral 2023 | 15:48
03 Fevral 2023 | 15:44
03 Fevral 2023 | 15:43
03 Fevral 2023 | 15:20
03 Fevral 2023 | 15:13
03 Fevral 2023 | 15:03
03 Fevral 2023 | 14:48
03 Fevral 2023 | 14:44
03 Fevral 2023 | 14:34