Kapital Bank nizamnamə kapitalını artırır

15:33 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. "Kapital Bank" ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,1% artıraraq 245,85 milyon manatdan 265,85 milyon manata çatdırmağı planlaşdırır.

ABC.AZ "Renkinq"-ə istinadla  xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək.

Kapital artımı barədə qərar Bankın səhmdarlarının noyabrın 17-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.

Bütün xəbərlər