Avropanın ən böyük Bankı Azərbaycan şirkətinə kredit ayıracaq

16:35 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycanın "Gemza Group" MMC şirkətinə pul ayıracaq.

ABC.AZ-ın məlumatına görə, Bank şirkətə 5,6 milyon avro kreditin ayrılmasını təsdiqləyib.

Kredit 3 müasir anbarın tikintisi üçün ayrılır.

Şirkətin üç müasir anbarın tikintisi layihəsinin ümumi dəyəri 19 milyon 105 min avrodur.

"Layihə Şirkətə əməliyyatları yeni biznes istiqamətində genişləndirməyə və gəlirlərini şaxələndirməyə kömək edəcək"- AYİB bildirib.

Bütün xəbərlər