”Tesla” şirkəti yük avtomobilini təqdim edib – Foto

17:22 - 2.12.2022


2 dekabr, Fineko/abc.az. ”Tesla” şirkəti ilk elektrik yük avtomobilini təqdim edib.

ABC.AZ xəbər verir ki, təqdimatda şirkətin təsisçisi və rəhbəri İlon Mask şəxsən avtomobilin sükanı arxasında səhnəyə çıxıb. “Bu bir fildir, amma hepard kimi hərəkət edir. Sürətlə sürətlənir və tez yavaşlayır” deyə İ.Mask deyib.

Şirkətin məlumatına görə, avtomobil bir enerji doldurmaqla 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır. Maskın sözlərinə görə, traktor “ultra sürətli enerji doldurma” ilə təchiz edilib.

Bütün xəbərlər