Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqı qaydası dəyişdi

11:03 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nı təsdiq edib.
ABC.AZ xəbər verir ki, bu Qayda “Valyuta tənzimi haqqında” Qanunun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə, habelə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunun 22.0.4-cü maddəsinə uyğun olaraq AMB isə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.
Qaydaya əsasən, Mərkəzi Bankın valyuta müdaxiləsi MBVB-də hərrac vasitəsilə və hərracdankənar həyata keçirilir və bu zaman Mərkəzi Bankın kontragenti kimi yalnız banklar çıxış edir.
Sənəddə göstərilir ki, valyuta müdaxiləsi hərrac vasitəsilə və ya hərracdan kənar ola bilər.

Bütün xəbərlər