Azərbaycan neftinin qiyməti "Brent"in qiymətini üstələyə bilər - Ekspert

11:09 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. Dekabrın 5-dən etibarən Rusiya neftinin Avropa İttifaqı tərəfindən müəyyən edilən bir barel üçün 60 dollar məbləğində qiymət həddi qüvvəyə minir.
ABC.AZ xəbər verir ki, eksperti İlham Şaban Rusiya nefti üçün qiymət həddi tətbiqinin bazarlara təsir edəcəyini istisna etməyib.
"İlk təsir emosional faktorlardan qaynaqlanacaq: çünki bu hadisəni alovlandıran hər iki tərəfin (bu qərarı verən ölkələr və Rusiya) bir birinə zidd səsləndirdikləri fikirlər olacaq. Qərar faktiki olaraq cümə günü dünya birjaları bağlandığı zamana təsadüf etdiyindən biz onun təzahürlərini bazar ertəsi hiss edəcəyik. Amma elektron hərraclarda cümə günu neft qiymətlərinin nəzərə çapmayacaq dərəcədə aşağı enməsini müşahidə edirdik: "Brent" markalı neftinin fevral fyuçersləri 85,5 dollar ətrafında ticarət edilib", - deyə ekspert bildirib.
Azərbaycana gəldikdə isə ekspert qeyd edib ki, bizim bazara çıxardığımız neftin qiyməti beynəlxalq birjalarda müəyyən edilmir:
"Azərbaycan nefti "Brent"in gündəlik spot qiymətini rəhbər tutur. Amma Azərbaycan neftinin qiyməti "Brent" markalı neftinin qiymətlərini üstələyə bilər, çünki Avropada "Urals" markalı neftinin satış həcmi azaldıqda yüngül neft markalarına ilk dövrdə tələbat artmalıdır. Burada söhbət Türkiyə vasitəsilə dünya bazarına çıxardığımız "Ceyhan BTC Blend" markalı neftindən gedir".

Bütün xəbərlər