“Tesla” şirkəti 435 mindən çox avtomobili geri çağıracaq

11:30 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. “Tesla” şirkəti 435 mindən çox Model 3 və Model Y avtomobilini Çin bazarından geri çağıracaq. ABC.AZ-ın məlumatına görə, buna səbəb kimi avtomobillərin arxa işıqları ilə bağlı problemin ortaya çıxması göstərilir.

Məlumata görə, proqram xətası səbəbindən elektromobillərin hər iki və ya bir tərəfindəki arxa işıqlar yanmaya bilər. Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.
Qeyd edək ki, noyabrın 25-də Çin tənzimləyicisi “Tesla”ya proqram təminatı və təhlükəsizlik kəmərlərinin bərkidici problemlərə görə 80 mindən çox Model S və Model X avtomobilini geri çağırmağı tapşırıb.

Bütün xəbərlər