Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını təhvil verdi

11:56 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

ABC.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

Bütün xəbərlər