Azərbaycanda 47 faizə yaxın artan sığorta növü - Detallar

12:24 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 46,6% artıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 327,1 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 103,9 milyon manat artıb. Belə ki, 2021-ci ilin ilk yarısında həyat sığorta şirkətləri 223,1 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,1%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 85,2% təşkil etmişdi.
Bu ilin on ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 6% azalaraq 197,4 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 210 milyon manat təşkil etmişdi.

Bütün xəbərlər