Milli Məclisdə Naxçıvanla bağlı müzakirələr aparılıb

12:32 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov bir sıra məqamlara toxunub, o cümlədən Naxçıvanda yol tikintisindən də danışıb.

“Gələn il də Naxçıvan MR-da gömrük daxilolmalarının bir hissəsi yerli “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna yönəldiləcək” deyə S.Şərifov bildirib.

Nazir qeyd edib ki, söhbət 500 min manat vəsaitdən gedir.

Bütün xəbərlər