Azərbaycan-Ermənistan şərti sərhədində gömrük məntəqəsi qurulacaq

16:19 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  Azərbaycan-Ermənistan şərti sərhədində gömrük məntəqəsi təchiz olunacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə İtv kanalı videosüjet yayımlayıb. Açıqlamanı isə Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Andrey Volkov bildirib.

Volkovun sözlərinə görə, Azərbaycan tərəfi ilə mini gömrük postu quraşdırılacaq. “Bizim girişdəki postlarımıza müasir avadanlıqlar gətirmək fikrimiz var. Bizim bu günə kimi yoxlanış üçün texniki vasitələrimiz yox idi”- deyə Volkov bəyan edib. 
Qeyd edək ki, Azərbaycan ərazisində gömrük məntəqəsini yalnız Azərbaycanın Gömrük Komitəsi təchiz edə bilər.  Müvafiq olaraq, Volkovun dediyi gömrük məntəqəsi Azərbaycanın müvafiq dövlət strukturlarına tabe olacaq.

Bütün xəbərlər