"Abşeron-Şərab" məhkəməyə verilib

17:01 - 5.12.2022


5 dekabr, Fineko/abc.az.  "Abşeron-Şərab" ASC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ  e.mehkeme.gov.az saytına istinadən xəbər verir ki, xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İşə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Bütün xəbərlər