Qarabağda yaşayacaq ermənilərin aqibəti necə olacaq? - Açıqlama

10:29 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. ''Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır''.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Moskavda rusiyalı həmkarı Sergey Lavrov ilə keçirilmiş görüşdə səsləndirib.
Nazir qeyd edib ki, üçtərəfli bəyanatların bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir.
Ceyhun Bayramov sülh müqaviləsi üzrə ölkəmiz tərəfindən Ermənistana təqdim edilən üçüncü cavab paketindən danışıb.
O, Qarabağda yaşayacaq ermənilərin aqibətinə də toxunub.
S.Lavrov isə deyib ki, rəsmi Moska Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır: “Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına yardım etmək niyyətindədir''.
Qeyd edək ki, görüş zamanı həmçinin Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

Bütün xəbərlər