Avstraliya Bankı faiz dərəcəsini artırdı

10:49 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. Avstraliya Ehtiyat Bankı (RBA) bazar gözləntilərinə uyğun olaraq faizini 25 baza bəndi artırıb.
ABC.AZ xəbər verir ki, faiz dərəcəsinin 2,85 faizdən 3,10 faizə qaldırıldığı bildirilib.
Adıçəkilən Bank son 8 iclasında faizini cəmi 300 bənd artırıb.
Bank bir daha vurğulayıb ki, onun prioriteti aşağı inflyasiyanın bərpası və onu 2-3 faiz aralığına qaytarmaqdır.
Açıqlamada, "Şura qlobal iqtisadiyyatı, ev təsərrüfatlarının xərclərini, əmək haqqı və qiymətləriı yaxından izləyir. Gələcək faiz artımlarına məlumatlara əsasən qərar veriləcək”, -deyilir.

Bütün xəbərlər