Türkiyədə neft yataqları aşkarlandı – Ərdoğan elan edəcək

11:07 - 6.12.2022


6 dekabr, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Şirnakda (ölkənin cənub-şərqində) ehtiyatları 250 milyard dollar dəyərində olan neft yataqlarının aşkarlandığını elan edəcək.
ABC.AZ xəbər verir ki, "Sabah"ın köşə yazarı Yavuz Donat Şirnakda aşkar edilən neft ehtiyatları ilə bağlı məqalə yazıb və prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə bununla bağlı açıqlama verəcəyini bildirib.
Donatın mütəxəssislərə istinadən verdiyi məlumata görə, bölgədə yeni quyular qazılır, hər yeni quyu ilə rəqəmlər artır.
Şırnak, Gabar dağında aşkar edilmiş neft ehtiyatının Türkiyədəki neft ehtiyatından iki dəfə çox olduğu qeyd edilib.

Bütün xəbərlər