Novruz Məmmədov Nazirlər Kabinetinin iclasını keçirib

10:58 - 11.06.2018


11 iyun, Fineko/abc.az. Azərbaycanın Baş naziri Novruz Məmmədov  Nazirlər Kabinetinin genişləndirilmiş iclasını keçirib.

Nazirlər Kabinetinin məlumatında deyildiyi kimi, iclas Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına həsr olunmuşdur.

“İclasın gündəliyinə Azərbaycan Respublikasının “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişi”ndən irəli gələn öhdəliklər və bu öhdəliklərin yerinə yetirilməsi üzrə aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələr haqqında, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının yeni Qanununun  layihəsi barədə və  İdxalı əvəz edən rəqabətqabiliyyətli məhsul istehsalının təşviqi və dəstəklənməsi ilə bağlı verilmiş təkliflərə dair məsələlər daxil edilmişdi”, - məlumatda belə deyilir.

Müzakirələr zamanı bir sıra dövlət qurumları rəhbərlərinin məruzələri dinlənilib, müvafiq qərarlar qəbul edilib. Sonda Baş nazir Nazirlər Kabinetinin müxtəlif strukturları qarşısında duran vəzifələrlə bağlı göstərişlər verib.

 

Bütün xəbərlər